Elm və təhsil naziri misirli həmkarı ilə görüşüb


Mayın 18-də Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüşüb.
Görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Tarix: Dünən, 17:14
Xəbəri paylaş
