Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə və UFAZ-ın 10 illiyinə həsr olunmuş marafon yarışı keçirilib




Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyətinin 10 illiyinə həsr olunmuş “UFAZ – 10” marafon yarışı keçirilib.
Yarış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Atletika Federasiyası, Azərbaycan SavatFederasiyası, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Azərsun”un dəstəyi ilə təşkil olunub.
Beynəlxalq idman standartlarına uyğun keçirilən marafon “Yeddi Gözəl” musiqili fəvvarə kompleksindən başlayaraq “Baku Crystal Hall” istiqamətində davam edib. Ümumi məsafəsi 10 kilometr olan yarışda 192 iştirakçı mübarizə aparıb. Qeydiyyat hər kəs üçün açıq olub və iştirakçılar kişilər, qadınlar və tələbələr kateqoriyaları üzrə yarışıblar.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, tələbələr və idmansevərlərarasında ünsiyyətin, həmrəyliyin və komanda ruhunun gücləndirilməsi olub. UFAZ-ın 10 illik yubileyi münasibətilə təşkil olunan marafon universitet icmasını, tələbələri, məzunları və tərəfdaşları bir araya gətirən əlamətdar tədbir kimi yadda qalıb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov UFAZ-ın ötən 10 il ərzində Azərbaycan ali təhsil məkanında xüsusi yer qazandığını və beynəlxalq təhsil modelinin uğurlu nümunəsinə çevrildiyini qeyd edib. Rektor bildirib ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ yüksək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.
ADNSU-nun strateji məsələlər üzrə prorektoru, dosent VazehƏskərov isə çıxışında UFAZ-ın 10 illik fəaliyyəti dövründə qazandığı uğurlardan, tələbə və məzunlarının nailiyyətlərindən, eləcə də beynəlxalq tərəfdaşlıq imkanlarından danışıb. O, marafonun yalnız idman yarışı deyil, həm də UFAZ-ın 10 illik inkişaf yolunu simvolizə edən tədbir olduğunu vurğulayıb.
Yarışın nəticələrinə əsasən, kişilər kateqoriyası üzrə I yerə Əli Rzazadə, II yerə Tural Hüseynli, III yerə Samir Hüseynov layiq görülüb. Qadınlar kateqoriyasında I yeri TatyanaƏliyeva, II yeri Yuliya Belkova, III yeri Mahsa Palar tutub. Tələbələr arasında isə I yerin qalibi Əhsən Əliyev, II yerin qalibi Kamal Rzayev, III yerin qalibi Ayxan Ağayev olub.
Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb. Yarış iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir və Strasburq Universiteti ilə birgə bakalavr və magistratura səviyyələrində ikili diplom proqramları təklif edir. UFAZ 10 illik fəaliyyəti ərzində Azərbaycanda beynəlxalq ali təhsil modelinin inkişafına, mühəndislik və texnologiya sahələrində müasir bilik və bacarıqlara malik beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  




Tarix: Bu gün, 09:00

Xəbəri paylaş