Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib



Mayın 8-də Elm və Təhsil Nazirliyində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Elm və Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ulu öndərin xatirəsinin hər il böyük ehtiramla anıldığını diqqətə çatdıran elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, müstəqilliyimizin bərpası və ölkəmizin dünya miqyasında tanınması baxımından misilsiz xidmətlərindən danışıb. Firudin Qurbanov ulu öndərin təhsil sahəsinə göstərdiyi yüksək diqqətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbir çərçivəsində Elm və Təhsil Nazirliyinin YAP sıralarına üzv qəbul olunmaq istəyən əməkdaşların müraciəti müsbət cavablandırılıb.
Tarix: Bu gün, 18:49
