ADNSU-nun nəzdində Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin edilib

Qeyd edək ki, Nazilə Salmanova ali təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində “Bioloq, biologiya və kimya müəllimi” ixtisası üzrə almış, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda aspirantura təhsili alaraq elmi fəaliyyətini uğurla davam etdirmişdir.
1995-ci ildə “Polimerlərin neft mənşəli antioksidantlarla stabilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyəti dövründə Polimer Materialları İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda, eləcə də Azərbaycan Dövlət Neft Akademiyasında (ADNSU) müxtəlif elmi və pedaqoji vəzifələrdə uğurla çalışmışdır.
2003-cü ildən etibarən ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsində fəaliyyət göstərən Nazilə xanıma, 2010-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən “dosent” elmi adı verilmişdir. Hazırda isə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə doktorluq dissertasiyası üzərində elmi fəaliyyətini davam etdirir.
Eyni zamanda, 2022-ci ildən universitetin nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun “Kataliz və neft emalı” laboratoriyasının müdiri vəzifəsində çalışan Nazilə Salmanova zəngin elmi-pedaqoji təcrübəsi, peşəkarlığı və idarəetmə bacarıqları ilə kollektivin böyük rəğbətini qazanmışdır.
Ona gələcək fəaliyyətində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.
Tarix: Bu gün, 15:58
Xəbəri paylaş
