Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BMU-da idman turnirinin qalibləri mükafatlandırılıb


Bakı Mühəndislik Universitetində (BMU) Abşeron-Xızı Regional Gənclər və   İdman İdarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilmiş idman turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
BMU Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutan turnir tələbələrin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və gənclər arasında idmana marağın artırılması məqsədi daşıyıb. 
 
Tədbirdə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin və idmanın inkişafına daim xüsusi diqqət yetirdiyini vurğulayıb. Qeyd olunub ki, ölkədə sağlam və vətənpərvər gənc nəslin formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də uğurla davam etdirilir. Prorektor çıxışında bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, sağlam düşüncəli və fəal nəslin yetişməsinə mühüm töhfə verməsinə diqqət çəkib. İdman turnirində BMU-da təhsil alan əcnəbi tələbələrin də yaxından iştirakını nəzərə çatdıran Bayram Hüseynzadə əlavə edib ki, bu, universitetdə beynəlxalq tələbələrin sosial həyata inteqrasiyasını və sağlam rəqabət mühitinin formalaşmasını nümayiş etdirir. 
 
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Abşeron rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi İlqar Xudiyev ali təhsil müəssisələrində keçirilən bu cür yarışların tələbələrin həm fiziki inkişafına, həm də komanda ruhunun möhkəmlənməsinə müsbət təsir göstərdiyini qeyd edib. 
 
Turnir futbol, şahmat və dama olmaqla, 3 idman növü üzrə keçirilib. Tədbirdə futbol üzrə I yerə layiq görülən “Birlik” komandasının əsasən BMU-da təhsil alan əcnəbi tələbələrdən ibarət olması xüsusilə vurğulanıb. Qeyd olunub ki, komandanın əldə etdiyi uğur müxtəlif xalqlar arasında dostluq, həmrəylik və qarşılıqlı əməkdaşlıq münasibətlərinin nümunəsidir.
 
Sonda hər 3 idman növü üzrə turnirin qalibləri mükafatlandırılıb, iştirakçılara gələcək yarışlarda uğurlar arzulanıb.

Image 1Image 1


Tarix: Bu gün, 15:03

Xəbəri paylaş