Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini Həsən Həsənli 22 may tarixində Ağdaş şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Ağdaş rayon sakinləri iştirak edə bilərlər.
Adı çəkilən rayonun sakinləri 20 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Tarix: Bu gün, 14:22
Xəbəri paylaş
