Elnur Əliyev: İnternetdən hər gün istifadə edən uşaqların nəticələri daha zəifdir

İnternetdən hər gün istifadə edən uşaqların nəticələri daha zəifdir.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında deyib.
O bildirib ki, dünyada rəqəmsallaşma prosesi sürətlə davam edir və rəqəmsal alətlərin təhsildə necə tətbiq olunması istiqamətində araşdırmalar aparılır: “Hazırda Azərbaycanda kütləvi rəqəmsallaşma tam şəkildə təmin edilməyib. Buna görə də proses əsasən pilot layihələr vasitəsilə sınaqdan keçirilir və ölkə hazırda bu sahədə keçid mərhələsindədir”.
Tarix: Bu gün, 16:30
Xəbəri paylaş
