Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Professor İhsan Doğramacının biblioqrafik göstəricisi işıq üzü görüb



Azərbaycanın böyük dostu, türk dünyasının görkəmli alimi, professor İhsan Doğramacının biblioqrafik göstəricisi işıq üzü görüb
  
Səhiyyə və təhsil qurucusu, türk dünyasının görkəmli alimi,  pediatr, professor, maarifçi, xeyriyyəçi, beynəlxalq səviyyədə tanınmış dövlət və elm xadimi, AMEA-nın fəxri üzvü, Azərbaycanın böyük dostu İhsan Doğramacının  110 illik yubileyi münasibətilə həyat və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.
 
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Görkəmli elm xadimləri” seriyasında nəşr olunan biblioqrafiya İ.Doğramacının həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını - kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri və s. əks etdirir.
 
İhsan Doğramacının tibb təhsilinə, uşaq və xalq sağlamlığı problemlərinə həsr olunmuş 100-ə yaxın elmi əsəri xarici ölkələrdə çap edilib. O, dünyanın 200-dən çox beynəlxalq mükafatı və ordeni, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunub.
 
AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən, "Elm" nəşriyyatında işıq üzü görən biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə Həmidə Mehbalıyevadır.
 
Göstərici, tədqiqatçı, tələbə, müəllim, tibb işçiləri, tibbi və elmi-pedaqoji sahələrlə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edəki ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
 


Tarix: Bu gün, 13:30

Xəbəri paylaş