Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeni tədris ilində “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə plan yeri ayrılmayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, bu ildən etibarən “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək:
6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);
152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).
Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur.


Tarix: Bu gün, 16:29

Xəbəri paylaş