Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Şəhəri üzrə Təhsil İdarəsində mütaliəni təşviq edən yeni təşəbbüs



Bakı Şəhəri üzrə Təhsil İdarəsində əməkdaşların şəxsi və peşəkar inkişafını dəstəkləyən “Kitab klubu” fəaliyyətə başlayıb.
Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, “Kitab klubu” iştirakçılara müxtəlif əsər və ədəbi üslublarla tanış olmaq, maraqlı fikirləri müqayisəli şəkildə dəyərləndirmək və zəngin müzakirə mühiti formalaşdırmaq imkanı yaradır.
Yeni təşəbbüs çərçivəsində idarə əməkdaşları vaxtaşırı bir araya gələrək əvvəlcədən seçilmiş kitabları müzakirə edəcəklər. Müzakirə olunan əsərlər yerli müəlliflərin yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatının klassik nümunələrini də əhatə edir.
“Kitab klubu”nun əsas məqsədi əməkdaşlar arasında mütaliə vərdişlərini təşviq etmək, analitik düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, kollektiv daxilində intellektual mühitin gücləndirilməsinə töhfə verməkdən ibarətdir.


Tarix: Bu gün, 12:50

Xəbəri paylaş