Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da “Elsevier” şirkətinin eksperti elmi jurnallar, potensial elmi əməkdaşlıq imkanları və beynəlxalq metrik bazalar mövzusunda təlim keçirib



Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Elsevier” şirkətinin eksperti Saide Sak tərəfindən Scopus, ScienceDirect və SciVal platformalarına həsr olunmuş təlimin keçirilib.
Təlimçi Saide Sak təlim çərçivəsində iştirakçılara elmi yeniliklərdən xəbərdar olmaq üçün effektiv ədəbiyyat axtarışı üsulları, tədqiqat nəticələrinin dərc olunması üçün uyğun elmi jurnalların müəyyən edilməsi, potensial elmi əməkdaşların tapılması imkanları, eləcə də tədqiqat fəaliyyətinin qiymətləndirilməsi göstəriciləri barədə ətraflı məlumat verib.
Saide Sak elmi nəşriyyat və informasiya təhlili sahəsində on ildən artıq təcrübəyə malikdir və hazırda “Elsevier” şirkətində müştəri tədqiqatı və analiz üzrə müşavir kimi fəaliyyət göstərir. O, sosial elmlər üzrə bakalavr, beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsinə malikdir. 2017-ci ildən etibarən “Elsevier” komandasında fəaliyyət göstərən mütəxəssis indiyədək tədqiqatçılar və alimlər üçün 300-dən çox təlim keçib. 


  •  
  •  




Tarix: Bu gün, 13:30

Xəbəri paylaş