Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev: Təhsilin ən vacib iştirakçısı uşaqlardır

Təhsilin mərkəzi, ən vacib iştirakçısı uşaqlardır. Yəni təhsil uşaqlar üçündür və onlar haqqındadır. Ən vacibi isə uşaqların öyrənməsi ilə bağlıdır. Digər maraqlı tərəflər uşaqların həyatını, təhsilini daha yaxşı etmək üçün əllərindən gələni etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, insan inkişafının ilkin mərhələsi olan uşaqlığın inkişafı yalnız təhsil müəssisələrinin deyil, bütün cəmiyyətin vacib bir hissəsidir. Burada qarşılıqlı əlaqəli işin qurulması olduqca vacibdir. Bu işin mahiyyəti uşağı prosesin mərkəzində yerləşdirib, onun ətrafında və onun üçün müzakirələr aparmaqdır.


Tarix: Bu gün, 15:51

Xəbəri paylaş