Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Selçuk Bayraktar gəncəli mühəndisi təltif edib

Gəncəli Murad Talıbov Türkiyənin tanınmış "Baykar" şirkətində mükafatlandırılıb.
Türkiyədə mühəndis kimi fəaliyyət göstərən Murad Talıbov adıçəkilən şirkətin təsisçisi Selçuk Bayraktar tərəfindən "Ən çalışqan mühəndis" mükafatına layiq görülüb.
Qeyd edək ki, Murad Talıbov 27 mart 2001-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi qızıl medalla bitirən həmyerlimiz daha sonra ali təhsilini Varşava Texniki Universitetində alıb. Universiteti bitirdiyi il Türkiyənin ən innovativ şirkətlərindən biri olan "Baykar"da mühəndis kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Muradın atası Gəncədə tanınmış hüquqşünas Məhərrəm Talıbov, anası isə pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı Dilşad Talıbovadır.

Gencexeber.az


Tarix: Bu gün, 14:54

Xəbəri paylaş