Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron qaydada veriləcək
Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron olaraq veriləcək.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirilən brifinqdə deyib. O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt elektron qaydada əldə edə biləcəklər: “Bu il ümumilikdə 300 minə yaxın şagird elektron attestat alacaq”.
Tarix: Bu gün, 15:30
Xəbəri paylaş
