Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

SOCAR IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına əhəmiyyətli layihə kimi yanaşacaq




IE Liderlik və İnnovasiya Mərkəzi kimi layihələrin bəhrəsini və nəticələrini qarşıdakı onilliklər ərzində görəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanma mərasimində çıxışı zamanı bildirib.
“İspaniyanın IE Universiteti innovasiya, sahibkarlıq və bilik sahəsində qlobal universitetlərdəndir. Bu universitetin onilliklər ərzində nailiyyətləri nümunədir. Azərbaycan gəncləri bu istiqamətdə bilikləri ölkəmizdə əldə edə biləcəklər. Ümid edirik ki, IE daxil olmaqla, digər ali təhsil ocaqları ilə bu əməkdaşlığı gələcəkdə daha da genişləndirəcəyik. SOCAR bu təşəbbüsə vacib, irimiqyaslı və əhəmiyyətli layihə kimi yanaşacaq”, - deyə R.Nəcəf qeyd edib.


Tarix: Bu gün, 11:20

Xəbəri paylaş