Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

DİM: Qəbul imtahanlarında iştirak etmək üçün 179 mindən çox abituriyent qeydiyyatdan keçib


Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı sona yaxınlaşır.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 29-u saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Aprelin 28-i saat 10:30-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 31425, II ixtisas qrupu üzrə 25867, III ixtisas qrupu üzrə 26057, IV ixtisas qrupu üzrə 6222 olmaqla, ümumilikdə isə 89571 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.


Tarix: Bu gün, 10:53

Xəbəri paylaş