Tramp insidentlə bağlı mətbuat konfransı keçirəcək
Hüquq-mühafizə orqanları protokola uyğun olaraq, bizdən binanı tərk etməyimizi tələb etdi və biz bunu dərhal edəcəyik.
AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində baş verən insidentlə bağlı yazıb.
O bildirib ki, 30 dəqiqədən sonra Ağ Evin brifinq otağında mətbuat konfransı keçirəcək. “Birinci xanım, vitse-prezident və bütün Nazirlər Kabineti üzvləri əla vəziyyətdədirlər. Yarım saatdan sonra sizinlə danışacağıq. Tədbirin bütün məsul nümayəndələri ilə danışdım və 30 gün ərzində tədbiri yenidən planlaşdıracağıq”,- deyə o qeyd edib.
Tarix: Bu gün, 11:15
Xəbəri paylaş
