Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Paytaxt məktəblərinin 5 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib





Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib.
Təhsil İdarəsindən  bildirilib ki, martın 15-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri Bəxtiyar Həsənli və Rafiq Vəlizadə, Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri Nəslihan Məmmədli, Zəhra Xammədova, 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Zəhra Zərbəliyeva 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.



Tarix: Bu gün, 08:30

Xəbəri paylaş