Saxta erməni mənbələri ilə bağlı beynəlxalq strukturlara mütəmadi olaraq müraciətlər ünvanlanır

Erməni saxtakarlıqları ilə ən güclü mübarizə yolu mədəni irsimizi yaymaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransa dair keçirdiyi brifinqdə deyib.
O bildirib ki, agentlik müəlliflik hüquqlarına diqqət yetirməklə yanaşı, hər dəfə ortaya çıxan yeni saxta erməni mənbələri ifşa edir: “Bu faktlarla bağlı mütəmadi olaraq beynəlxalq strukturlara müraciətlər ünvanlanır və həmin saxtakarlıqlara münasibət bildirilməsi tələb olunur”.
Tarix: Bu gün, 15:00
Xəbəri paylaş
