Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Lənkəran Dövlət Humanitar Kollecində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə bayram tədbiri keçirildi.

 
   
  31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 80-dan çox ölkəsində yaşayan 60 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 27 dekabr 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə keçirilən bayram tədbiri də məhz bu mənəvi ehtyacdan irəli gəldi. Tədbiri giriş nitqi ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq bildirdi ki, 31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarda qurmaq, yaratmaq, onlar arasında birlik və həmrəylik işində mühüm rol oynayır. 1991-ci ilin 16 dekabrında Ümummilli Lider Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın zəruri əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Biz əminik ki, bundan sonra yüzilliklər belə keçsə də Ulu Öndərimizin Heydər Əliyevin bu təşəbbüsü və qərarı daim yaşayacaq, Dünya azərbaycanlıları hər il bu bayramı daha böyük  sevinclə, daha böyük uğurlarla qeyd edəcək. Sonra Kollecin “Pedaqoji” şöbə müdiri Bəyəli Rüstəmov, “Musiqi və təsviri incəsənət” şöbəsinin müdiri Fikrət Kərimli, müəllimə Esmira Şükürova, Lənkəran şəhər gənclər və idman idarəsinin rəis müavini Elbəy Fətəliyev öz təbriklərini müəllim və tələbələrə bildirdilər. Sonra 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə cari ildə əmək funksiyalarının icrasında və ictimai işlərdə fərqlənən kollec əməkdaşları və tələbələr fəxri fərman və pul mükafatları ilə təltif olundu. Tələbələrin ifasında bayram konserti tədbiri daha da şənləndirdi. Şən musiqi proqramları və rəqslər, şaxta baba və qar qız iştirakçılarda şən əhval ruhiyyə və xoş təssürat yaratdı.
   
Cəmil Quliyev,
 Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi


Tarix: 29-12-2017, 10:09

Xəbəri paylaş