Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

2026-cı ilin birinci rübündə Əqli Mülkiyyət Agentliyinə yalnız ixtiralara dair 109 iddia sənədi daxil olub

Ötən il Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair 481 iddia sənədi, o cümlədən ixtiraya aid 282, faydalı modelə aid 77, sənaye nümunəsinə aid 65, Avrasiya patentinin alınması üçün 57 və Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentlərin alınması üçün 19 iddia sənədi daxil olub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib. Agentliyin rəhbəri bildirib ki, 2025-ci ildə ümumilikdə 214 patent verilib: “2025-ci ildə ixtira fəallığı 2024-cü illə müqayisədə 37.8 faiz və patent fəallığı 15.7 faiz artıb. İxtira fəallığı 2026-cı ilin birinci rübündə də yüksək olub. Rüb ərzində yalnız ixtiralara dair Agentliyə 109 iddia sənədi daxil olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ümumilikdə isə ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədlərinin sayı 149 olub. 2026-cı ilin birinci rübündə patent fəallığı daha yüksək olub”.


Tarix: Bu gün, 14:47

Xəbəri paylaş