Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Scopus bazasında effektiv ədəbiyyat axtarışı üsulları” mövzusunda təlim keçiriləcək



Aprelin 22-də tədqiqatçılar üçün elmi məlumatların axtarışı və idarə olunması sahəsində bacarıqların inkişaf etdirilməsi məqsədilə “Scopus bazasında effektiv ədəbiyyat axtarışı üsulları” mövzusunda onlayn təlim təşkil olunacaq.

Təlim çərçivəsində elmi məlumatların daha səmərəli axtarışı və idarə olunmasına imkan verən əsas yanaşmalar iştirakçılara təqdim ediləcək. Sessiya zamanı Boolean operatorlarından (AND, OR, NOT) istifadə etməklə axtarış strategiyalarının qurulması, nəticələrin müxtəlif filtrlər (nəşr tarixi, mövzu, müəllif və s.) vasitəsilə dəqiqləşdirilməsi, axtarış tarixçəsinin izlənməsi və idarə olunması, eləcə də yeni tədqiqatlar üzrə bildirişlərin qurulması ilə bağlı ətraflı məlumat veriləcək.

Bununla yanaşı, əldə olunan elmi məlumatların saxlanılması, ixracı və sistemli şəkildə təşkili üzrə praktiki yanaşmalar da iştirakçıların diqqətinə çatdırılacaq.

Təlimçi: Saide Sak, Elsevier şirkətinin müştəri uğuru üzrə meneceri
Tarix: 22 aprel 2026-cı il
Saat: 15:00
Dil: türk dili

Qeydiyyat linki:


Tarix: Bu gün, 13:09

Xəbəri paylaş