Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Respublika Fənn Olimpiadası çərçivəsində ADNSU-da valideynlər üçün “Açıq qapı günü” keçirilib




Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika fənn olimpiadasının final mərhələsi çərçivəsində iştirakçıların valideynləri üçün “Açıq qapı günü” təşkil olunub.
Tədbirin əsas məqsədi valideynləri universitetin təhsil imkanları ilə yaxından tanış etmək, onları maraqlandıran sualları cavablandırmaq və gələcək təhsil seçimləri ilə bağlı məlumatlandırmaq olub.
“Açıq qapı günü” çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov, həmçinin sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova çıxış edərək universitetin təhsil imkanları, inkişaf istiqamətləri və tələbələr üçün yaradılan şərait barədə məlumat veriblər.
Valideynlərə ADNSU-da mövcud bakalavr proqramları, ikili diplom imkanları, beynəlxalq mübadilə proqramları və universitetin ümumi təhsil mühiti haqqında ətraflı məlumat təqdim olunub. Eyni zamanda, iştirakçıların sualları universitet nümayəndələri tərəfindən cavablandırılıb.
Tədbir valideynlər üçün universitetlə birbaşa ünsiyyət qurmaq, təhsil imkanları barədə dolğun məlumat əldə etmək və övladlarının gələcək təhsil perspektivlərini daha yaxından dəyərləndirmək baxımından faydalı olub.


Tarix: Bu gün, 20:58

Xəbəri paylaş