Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb



Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb və son yoxlama prosesi aparılır. Ensiklopediyanın ikinci cildi də çapa tam hazırdır.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediya Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev deyib. O bildirib ki, iki cilddən ibarət ensiklopediya ümumilikdə 720-dən çox məqalədən, 4 milyondan artıq simvol və işarədən ibarətdir. Hər iki kitab 400 səhifədən ibarətdir və cildlərin sonunda fotoalbom yer alacaq.


Tarix: 15-04-2026, 17:30

Xəbəri paylaş