Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanda ilk dəfə olaraq Lənkəranda “Çay, çəltik və sitrus meyvələri “ festivalı keçirildi

 



Dekabrın 19-da Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında keçirilən festivalda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlarda cənub zonasının nemətləri sərgiləndi. Festival iştirakçıları Lənkəranda yaşıl çay yarpağının dərimindən tutmuş ayrı-ayrı müəssisələrdə istehsal edilən növbənöv quru çaylarla tanış olmaq, əsl təbii çayın dəmlənmə qaydasını öyrənmək, yüksəkkeyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamlarından – quş, balıq ləvəngisindən hazırlanan xörəklərdən dadmaq imkanı əldə etdilər. Park boyu açılan pavilyonlarda Lənkəranda istehsal olunan digər məhsullar, xalq sənətkarlığı nümunələri də sərgilənirdi.
Festifalda Lənkəran Dövlət Humanitar Kollecinin tələbələrinin əl işlərindən və rəsmlərindən ibarət sərgilər də nümayiş edildi və kollecin xalq çalğı alətləri ansamblının ifasında musiqilər dinlənildi.

CəmilQuliyev,
Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru


Tarix: 22-12-2017, 11:38

Xəbəri paylaş