Dövlət Proqramı 33 ölkənin 230-dan çox nüfuzlu universitetində təhsil almaq imkanı verir

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üçün 33 ölkənin 230-dan çox nüfuzlu universitetində təhsil almaq imkanı verilir.
Bunu AZƏRTAC-ın sualına cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib. O bildirib ki, Dövlət Proqramında 15 prioritet ixtisas istiqaməti müəyyənləşdirilib və ötən ildən etibarən proqramda bir sıra yeniliklər tətbiq olunub: “Ötən ildən etibarən doktorantura pilləsinə müraciət etmək imkanı yaradılıb. Eyni zamanda, mədəniyyət və incəsənət sahəsi prioritet istiqamətlər sırasında olduğundan, bu sahələr üzrə təhsil almaq istəyən şəxslər üçün də müraciət imkanları genişləndirilib”.
Layihə rəhbəri vurğulayıb ki, hazırda mədəniyyət və incəsənət istiqaməti üzrə müraciət edilə bilən universitetlərin sayı 20-yə qədər artırılıb.
Tarix: Bu gün, 12:30
