ADNSU-nun Azneft komandası 2-ci dəfə Azərbaycan çempionu olub
Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azneft” komandası ikinci dəfə ŞHK-nın Azərbaycan liqasının dördüncü mövsümünün final mərhələsinin qalibi olub.
Çempion titulu uğrunda Azərbaycan universitetləri və Rusiyanın “Astarxan” komandası mübarizə aparıb. Çıxışlarını Azərbaycan ŞHK liqasının rəhbəri Rəşad Əzizov, “Parni iz Baku” komandasının üzvü, əməkdar artist Murad Dadaşov, bəstəkar və prodüser İsa Məlikov, beynəlxalq qrossmeyster, “Microsoft Azerbaijan”-ın direktoru Sərxan Həşimov kimi professional münsiflər heyəti dəyərləndirib.
Qeyd edək ki, 5 oyuna 7 kubok qazanan ADNSU-nun “Azneft” komandası yanvar ayında Rusiyanın Soçi şəhərində keçiriləcək olan KİVİN-2018-də müxtəlif ölkələrdən olan 600 komanda arasında Azərbaycanı təmsil edəcək.
Tarix: 22-12-2017, 11:36