Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bayram Ali Ersoy: TDT çərçivəsində vahid akkreditasiya sisteminin qurulması mühüm addımdır



Türk dili üzrə dörd bacarıq əsaslı imtahanların hazırlanması artıq tamamlanıb və elektron türk dili yetərlilik imtahanının ilkin mərhələdə Türkiyədə tətbiqi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Ölçmə, Seçmə ve Yerləşdirme Mərkəzinin (ÖSYM) prezidenti Bayram Ali Ersoy Dövlət İmtahan Mərkəzinin 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, bu imtahanların gələcəkdə digər türk dövlətlərində də keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi vacibdir: “Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq ölçmə standartlarının yaradılması, imtahanların qarşılıqlı tanınması və vahid akkreditasiya sisteminin qurulması mühüm addım kimi qiymətləndirilir. Bu cür əməkdaşlıq təhsil və qiymətləndirmə sahəsində yeni mərhələnin başlanmasına səbəb olmaqla yanaşı, tələbələr, akademiklər və müxtəlif peşə sahibləri üçün yeni imkanlar yaradacaq, həmçinin qarşılıqlı etimadı gücləndirəcək”.


Tarix: Bu gün, 11:44

Xəbəri paylaş