Nazir: avqust-sentyabr aylarında PISA nəticələrinin elan olunması gözlənilir

2026-cı il PISA qiymətləndirmələrində bizim üçün vacib ildir.
AZƏRTAC xəbər verir ki, bu fikri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
Nazir bildirib ki, avqust-sentyabr aylarında PISA nəticələrinin elan olunması gözlənilir: “Bu nəticələr son 4 ildə baş verən müxtəlif səpkili dəyişikliklərin nəticələrini göstərəcək”.
Tarix: Bu gün, 11:33
Xəbəri paylaş
