Elm və təhsil naziri: İmtahanda suallar çətin və ya asan olsa da, hər kəs üçün eynidir

İmtahanlar nə qədər çətin olursa da, ali təhsil müəssisəsinə hər zaman eyni sayda tələbə qəbul olur. Suallar çətin və ya asan olduqda hər kəs üçün eynidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
“Azərbaycanda bir çox fənn mütəxəssisləri sualları hazlrlayarkən bilik ölçmək yox, qarşısındakını çaşdırmaq məqsədi daşıyır. Bu, bacarıqlar dəyişdirilməlidir”, - deyə nazir qeyd edib.
Tarix: Bu gün, 11:31
Xəbəri paylaş
