Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun rektoru “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxış edib

 

Dekabrın 20-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə olunan mühüm makroiqtisadi nailiyyətləri diqqətə çatdırıb. O ötən dövrdə əmək bazarında özünü göstərən proseslərdən bəhs edərək, bu kontekstdə məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildirib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əmək bazarında baş verən dəyişikliklərlə əlaqədar yeni çağırışların bu sahədə aparılan siyasətin daim təkmilləşdirilməsini və peşə təhsili ilə əlaqəli həyata keçirilməsini tələb etdiyini, hazırkı konfransın bununla bağlı məsələlərin müzakirəsi baxımından önəmli olduğunu qeyd edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı iqtisadiyyatın innovativ inkişafının əmək bazarında peşə-ixtisas bacarıqları üzrə işçi qüvvəsinə tələbin də bu istiqamətdə dəyişməsini şərtləndirdiyini diqqətə çatdırıb.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Ali təhsil islahatlarının insan kapitalının inkişafında rolu” mövzusunda təqdimatla çıxış edib. İnsan kapitalının inkişafında ali təhsil müəssisələrinin rolundan danışan rektor, prof. M.Babanlı bu istiqamətdə universitetlərin üzərinə düçşən vəzifələri qeyd edib.
Qeyd edək ki, konfransda bir sıra beynəlxalq təşkilatların və yerli qurumların, Təhsil nazirliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, ali məktəb rektorlar iştirak ediblər.
   


Tarix: 22-12-2017, 11:17

Xəbəri paylaş