Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ABŞ-də bir uşağın böyüdülməsinə nə qədər pul xərclənir?


ABŞ-də 18 yaşına qədər bir uşağın böyüdülməsinə çəkilən xərc 2025-ci illə müqayisədə təxminən iki faiz artaraq 303 min dollara çatacaq.
AZƏRTAC xəbər verir ki, “CBS News” telekanalının məlumatına görə, beləliklə, hər bir uşağa düşən illik xərc orta hesabla 16 min 857 dollar təşkil edəcək. Hesablamalar vergi güzəştləri nəzərə alınmaqla, ildə orta hesabla təxminən 100 min dollar gəlir əldə edən amerikalı evli cütlüyün tipik xərclərinə əsaslanır. Aparılan təhlil uşağın 18 yaşına qədərki dövrünü əhatə edir. Odur ki, buraya valideynlər üçün digər əsas xərc olan kollec xərcləri daxil deyil. ABŞ-də kollecin orta illik qiymətinin təxminən 38 min dollar olduğu nəzərə alınarsa, bu, ümumi məbləği daha 152 min dollar artıra bilər.
Amerikalı ailələr hazırda uşaq böyütməklə bağlı maliyyə çətinlikləri ilə üzləşirlər. “CBS News” telekanalının fevral ayında keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 77 faizi bu gün uşaq böyütməyin əvvəlki nəsillərə nisbətən daha çətin olduğunu düşünür.












Tarix: Bu gün, 16:45

Xəbəri paylaş