Bacılar Oksford və Kembric universitetlərinin magistraturasına qəbul olublar

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri, Prezident təqaüdçüsü olan Həmidə və Nəzrin Sadıqova bacıları “Times Higher Education” (THE) dünya universitetləri reytinqində ilk üçlükdə yer alan Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramına qəbul alıblar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinə 660.9 balla qəbul olunan Nəzrin Sadıqova Oksford, 660.2 balla qəbul olunan Həmidə Sadıqova isə Kembric Universitetində təhsilini davam etdirəcək.
Tarix: Bu gün, 16:25
Xəbəri paylaş
