Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Agentlik direktoru: Peşə təhsili alanların 60 faizi birillik proqramları seçən tələbələrdir


Peşə təhsilində əsas kontingenti 11 illik təhsil bazasını bitirərək birillik proqramlar üzrə təhsil alanlar təşkil edir. Qəbul olunanların təxminən 60 faizi məhz 1 illik proqramları seçən tələbələrdir. Bu tələbələr qısa müddət ərzində praktik bacarıqlara yiyələnərək əmək bazarına inteqrasiya olunurlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib.
“Peşə təhsilində 9 illik təhsil bazası üzrə qəbul 2 və 3 illik proqramlar vasitəsilə həyata keçirilir. Bu bazadan müraciət edən tələbələr əsasən 3 illik proqramlara üstünlük verirlər. Bunun başlıca səbəbi isə tam orta təhsil haqqında attestat əldə etmək istəyidir”.
Direktor qeyd edib ki, peşə təhsilinə qəbul prosesi sərbəst şəkildə, onlayn və elektron formada, attestat qiymətləri əsasında həyata keçirilir və yaş məhdudiyyəti tətbiq olunmur.


Tarix: Bu gün, 13:22

Xəbəri paylaş