Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.
İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
Tarix: Bu gün, 18:35
Xəbəri paylaş
