Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qazaxıstanda Azərbaycanın təhsil sərgisi keçiriləcək





Aprelin 7-8-də Almatıda Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin bazasında “Study in Azerbaijan” təhsil sərgisi keçiriləcək.
AZƏRTAC Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, tədbir Azərbaycanın aparıcı universitetlərini bir araya gətirəcək. Onlar təhsil proqramlarını, təqaüd imkanlarını və ölkədə tələbə həyatının özəlliklərini təqdim edəcəklər.
Sərgi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə və tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil alması imkanları barədə məlumatlandırılmasına yönəlib.


Tarix: Dünən, 18:30

Xəbəri paylaş