Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək


Elm və təhsil naziri Emin Əmrullayev aprelin 17-də Qusar şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri aprelin 10-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.


Tarix: Bu gün, 19:44

Xəbəri paylaş