RFO-nun final mərhələsinin tarixləri məlum oldu

Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsinin keçirilmə tarixləri açıqlanıb. Final mərhələsi müxtəlif fənlər üzrə aprel və may aylarında təşkil olunacaq.
Belə ki, 18 aprel tarixində Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat (I gün), fizika (nəzəri hissə) və biologiya (nəzəri hissə) fənləri üzrə imtahanlar keçiriləcək.
19 aprel tarixində riyaziyyat (II gün), fizika (praktiki tur) və biologiya (praktiki tur) mərhələləri baş tutacaq.
28 aprel tarixində kimya fənni üzrə final keçiriləcək.
1 may tarixində informatika fənni üzrə I gün, 2 may tarixində isə II gün imtahanları təşkil olunacaq.
Tarix: Bu gün, 16:26
Xəbəri paylaş
