Bayram tətilindən sonra ilk dərs günü tarixləri açıqlanıb
Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü martın 28-nə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü martın 31-nə təsadüf edəcək.
Tarix: Bu gün, 18:26
Xəbəri paylaş
