Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bu şagirdlər ali məktəblərə imtahansız qəbul ediləcəklər


Azərbaycanda incəsənət olimpiadasının qalibləri imtahansız ali məktəblərə qəbul ediləcək.
Bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələn ildən ölkədə incəsənət olimpiadası keçiriləcək: "Elm və Təhsil Naziriliyi ilə əldə edilən razılığa əsasən, Uşaq İncəsənət Festivalı gələn ildən incəsənət olimpiadası formatında keçiriləcək. Nəticədə qaliblər imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcək".


Tarix: Bu gün, 15:56

Xəbəri paylaş