Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Böyük Britaniyada texnologiya və sosial media şirkətləri qarşısında uşaqlarla bağlı tələb qoyulub




Böyük Britaniyada iri texnologiya və sosial media şirkətlərindən yaşı 13-dən az olan uşaqların platformalara daxil olmasının qarşısını almaq üçün daha sərt yoxlama mexanizmlərinin tətbiq edilməsi tələb olunub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu çağırış ölkənin media tənzimləyicisi “Ofcom” və məlumatların qorunmasına nəzarət edən Məlumat Komissarlığı Ofisi tərəfindən edilib.
Tənzimləyici qurumlar “Facebook”, “Instagram”, “Snapchat”, “TikTok”, “YouTube”, “Roblox” və “X” platformaları ilə əlaqə saxlayaraq uşaqların onlayn mühitdə təhlükəsizliyinin daha yaxşı təmin olunması üçün əlavə tədbirlər görmələrini istəyiblər.
“Ofcom”un baş icraçı direktoru Melani Dous bildirib ki, hazırda bir çox xidmətlər məhsullarını hazırlayarkən uşaqların təhlükəsizliyini prioritet hesab etmir. Onun sözlərinə görə, platformalar bu məsələyə daha ciddi yanaşmalıdır.
Hazırda bir çox platforma istifadəçilərin qeydiyyat zamanı yaşlarını özlərinin bildirməsinə əsaslanır ki, bu da uşaqların real yaşlarını gizlədərək xidmətlərdən istifadə etməsinə imkan yaradır.


Tarix: Bu gün, 13:55

Xəbəri paylaş