Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

TəhsilPlus kartının üstünlükləri nələrdir?



“Təhsil Plus” layihəsi müəllimlərə əlavə üstünlüklər təqdim edir.
Bu barədə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Nicat Məmmədli məlumat verib.
O bildirib ki, müəllimlər TəhsilPlus kartı vasitəsilə ticarət mərkəzlərinə daxil olub alış-veriş edə bilərlər. 
Eyni zamanda, Nicat Məmmədli vurğulayıb ki, kart digər hallarda da istifadə oluna bilər: istər iaşə müəssisələrində, istər ticarət mərkəzlərində, istər yanacaqdoldurma məntəqələrində, istərsə də ictimai nəqliyyatda.
Qeyd olunub ki, TəhsilPlus kartı 450 minə yaxın təhsil işçisini əhatə edəcək. “Təhsil Plus” kartı həm əməkhaqqı kartı, həm debet kartı, həm də müxtəlif müəssisə və xidmət nöqtələrinə rahat çıxış imkanı yaradan çoxfunksiyalı alət kimi fəaliyyət göstərir.
“TəhsilPlus” kartı istifadəçilərin gündəlik xərclərində real qənaət imkanları formalaşdırır: “Birbank” tətbiqi vasitəsilə BakıKart və QR biletlərinə 10 faiz, kitab və dəftərxana ləvazimatlarına 5 faiz, kinoteatrlarda 5 faiz, “BRAVO”da QR ödənişlərə 3 faiz, yanacaqdoldurma məntəqələri, kafe və restoranlar, apteklərdə 3 faiz bonus təqdim olunur. Kart istifadəçiləri aylıq olaraq təqdim edilən 7 kateqoriyadan 5-ni seçmək hüququna malikdirlər. Bu isə xərclərin fərdi istehlak vərdişlərinə uyğun optimallaşdırılmasına imkan yaradır”.
R“TəhsilPlus” kart sahibləri “Mastercard”ın beynəlxalq “Mastercard Priceless Specials” proqramına birbaşa çıxış əldə edirlər: Bu proqram çərçivəsində istifadəçilərə yerli və beynəlxalq tərəfdaş şəbəkələrində eksklüziv endirimlər və xüsusi təkliflər təqdim olunur. Bütün aktiv kampaniyalar və üstünlüklərlə bağlı ətraflı məlumatı “mastercard.az” saytı vasitəsilə, eləcə də “Mastercard” çatbotundan istifadə etməklə əldə etmək mümkündür.


Tarix: Bu gün, 13:58

Xəbəri paylaş