Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Təhsil Plus” kartı çoxfunksiyalı alət kimi fəaliyyət göstərir


“Təhsil Plus” kartı həm əməkhaqqı kartı, həm debet kartı, həm də müxtəlif müəssisə və xidmət nöqtələrinə rahat çıxış imkanı yaradan çoxfunksiyalı alət kimi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.
Şöbə müdiri bildirib ki, “TəhsilPlus” kartı istifadəçilərin gündəlik xərclərində real qənaət imkanları formalaşdırır: “Birbank” tətbiqi vasitəsilə BakıKart və QR biletlərinə 10 faiz, kitab və dəftərxana ləvazimatlarına 5 faiz, kinoteatrlarda 5 faiz, “BRAVO”da QR ödənişlərə 3 faiz, yanacaqdoldurma məntəqələri, kafe və restoranlar, apteklərdə 2 faiz bonus təqdim olunur. Kart istifadəçiləri aylıq olaraq təqdim edilən 7 kateqoriyadan 5-ni seçmək hüququna malikdirlər. Bu isə xərclərin fərdi istehlak vərdişlərinə uyğun optimallaşdırılmasına imkan yaradır”.
Rəsul Həşimov qeyd edib ki, “TəhsilPlus” kart sahibləri “Mastercard”ın beynəlxalq “Mastercard Priceless Specials” proqramına birbaşa çıxış əldə edirlər: “Bu proqram çərçivəsində istifadəçilərə yerli və beynəlxalq tərəfdaş şəbəkələrində eksklüziv endirimlər və xüsusi təkliflər təqdim olunur. Bütün aktiv kampaniyalar və üstünlüklərlə bağlı ətraflı məlumatı “mastercard.az” saytı vasitəsilə, eləcə də “Mastercard” çatbotundan istifadə etməklə əldə etmək mümkündür”.



Tarix: Bu gün, 13:57

Xəbəri paylaş