Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yaxın zamanda ictimai nəqliyyatda endirimlər tələbələrə də şamil olunacaq



Müzakirələr aparılır, ictimai nəqliyyatda “Bakı kart” ödənişləri zamanı endirimlərin təhsil işçiləri ilə yanaşı tələbələrə şamil edilməsi ilə bağlı yaxın müddətdə ictimaiyyətə məlumat verəcəyik.
Bunu AZƏRTAC-ın müxbirinin sualına cavab olaraq elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. O bildirib ki, Təhsilin İnkişafı Fondunun Kapital Bankın dəstəyi ilə “Visa” şirkəti ilə “TələbəPlus” kartından hazırda 160 minə yaxın tələbə faydalanır. Qeyd edib ki, proqram çərçivəsində 600-dən çox partnyor tələbə endirimləri təqdim edilir.


Tarix: Bu gün, 13:52

Xəbəri paylaş