Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

450 min təhsil işçisinə “TəhsilPlus” veriləcək - Müəllimlərə güzəştlər




“TəhsilPlus” kartı təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif maliyyə və sosial dəstəkləri təqdim etməklə, onların rifahını yüksəltməyə və imkanlarını genişləndirməyə xidmət edir. 450 minə yaxın təhsil işçisinin kartla təmin olunmasını planlaşdırırıq”.
Bu fikirləri Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə səsləndirib.
O bildirib ki, “TəhsilPlus” kartı həm əməkhaqqı kartı, həm də müəssisələrə giriş-çıxış vasitəsi kimi istifadə oluna bilər: “Bank tətbiqi vasitəsilə BakıKart QR biletlərinə 10 faiz, kitab və dəftər kateqoriyasında 5 faiz, kinoteatrlarda 5 faiz, bəzi ödənişlərdə 3 faiz, yanacaqdoldurma məntəqələrində, kafe və restoranlarda, apteklərdə isə 2 faiz bonus təqdim olunur. Kart istifadəçiləri eyni zamanda burada gördüyünüz 7 kateqoriyadan 5-ni seçmək hüququna malik olacaqlar.
Bununla yanaşı, “TəhsilPlus” kartının sahibləri beynəlxalq “Mastercard Priceless Specials” proqramına birbaşa çıxış əldə edirlər. Bu texnologiya istifadəçilərə müxtəlif yerli və beynəlxalq partnyor şəbəkələrində eksklüziv endirimlər təqdim edir”.
R.Həşimovun sözlərinə görə, istifadəçilər bütün aktiv təkliflər və bu proseslə bağlı məlumatı həm mastercard.az saytından, həmçinin “Mastercard” çat-botundan istifadə edərək ətraflı şəkildə əldə edə bilərlər: “Layihənin digər innovativ tərəflərindən biri isə “digital pass” texnologiyasının tətbiqidir. Bu texnologiya ağıllı bildiriş mexanizmi ilə çalışır. İstifadəçi hər hansı tərəfdaş mağazanın və ya xidmət mərkəzinin yaxınlığından keçən zaman telefonuna həmin məkandakı mövcud endirim və ya güzəştlə bağlı avtomatik bildiriş göndərilir”.



Tarix: Bu gün, 13:51

Xəbəri paylaş