Nazir müavini: Ötən il 234 mindən çox gəncə karyera və peşəyönümlü məsləhətlər verilib

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ADA Universitetində Dövlət Proqramı məzunları üçün keçirilən “Qlobal təhsildən milli inkişafa” karyera sərgisində deyib.
O bildirib ki, təkcə ötən il Dövlət Məşğulluq Agentliyi vasitəsilə 578 mindən çox şəxs məşğulluq tədbirləri ilə əhatə olunub: “Onlardan 72 mindən çoxu gənclərdir və işlə təmin olunublar. 234 mindən çox gəncə karyera və peşəyönümlü məsləhətlər verilib. Bu, gənclərlə işin yalnız vakansiya təqdim etməklə məhudlaşmadığını göstərir.
Burada karyera istiqamətləndirilməsi, bacarıqların inkişafı, peşə seçimi, əmək bazarına uyğunlaşma və ilk addımın daha sağlam atılması üçün bütöv dəstək mexanizmi qurulub. Bu işin bölgələrdə və paytaxtda da necə genişləndiyini görə bilərik. 11 regionu əhatə edən “Peşəfest”ə 95 minə yaxın iştirakçının qoşulması təsadüfi deyil. Gənclərin düzgün seçim etmək, əmək bazarını daha yaxından tanımaq, özlərini daha inamla təqdim etmək üçün bu platformalara ehtiyac duyulur”.
Tarix: Dünən, 20:53
Xəbəri paylaş
