Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fariz İsmayılzadə: ADA Universiteti olaraq yeni kadrların cəlb olunmasında maraqlıyıq


Bu gün minlərlə gəncimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” əsasında xaricdə oxuyur. Güclü kadrlarımızın olması Qarabağ Zəfərinə aparan əsas amillərdən biridir.
Bunu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə ADA Universitetində Dövlət Proqramı məzunları üçün keçirilən “Qlobal təhsildən milli inkişafa” karyera sərgisində deyib.
O bildirib ki, sözügedən karyera sərgisi yeni əlaqələrin qurulması və imkanların genişləndirilməsi baxımından faydalı olacaq: “Biz də ADA Universiteti olaraq yeni kadrların cəlb olunmasında maraqlıyıq. ADA-nın nəzdində İtaliya–Azərbaycan Universiteti fəaliyyət göstərir. Pedaqoji fəaliyyətlə yanaşı, universitetdə texnologiya istiqaməti də sürətlə inkişaf edir. Texnologiya, süni intellekt və data analitikası sahələrinə marağı olan məzunları əməkdaşlığa dəvət edirik”.


Tarix: Dünən, 20:51

Xəbəri paylaş