Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Çexiyalı alimlər: Məktəblərdə mobil telefon qadağası akademik nəticəyə təsir etmir



Çexiyada aparılan tədqiqat göstərir ki, məktəblərdə mobil telefonların qadağan edilməsi şagirdlərin dərslərdə daha yaxşı nəticə göstərməsinə səbəb olmur. Masaruk Universitetinin Sosial tədqiqatlar fakültəsinin alimləri bildirirlər ki, telefon istifadə etmədikdə şagirdlərin diqqəti yayınmır, amma dərslərdə intizamsızlıq artır.
AZƏRTAC Çexiyanın CTK informasiya agentliyinə istinadla xəbər verir ki, araşdırma 21 ölkədən toplanmış məlumatlara əsaslanıb və göstərir ki, bütün məktəblərdə bu qaydalar işləməyə bilər. Eyni zamanda, qadağalar kiberhücum və onlayn asılılıq kimi problemlərə birbaşa təsir etmir.
Ekspertlər deyir ki, uşaqlarla texnologiyanın düzgün istifadəsi barədə danışmaq və onları onlayn dünyada istiqamətləndirmək daha faydalıdır. Məktəblər isə qaydaları yerli şəraitə uyğunlaşdırmalı və sinif idarəçiliyi ilə fasilələrə diqqət yetirməlidir.
Çexiyada sərt qadağalar əsasən birinci sinifdə tətbiq olunur.


Tarix: Bu gün, 09:58

Xəbəri paylaş