Bahar Muradova: Hüquqi dəyərlər uşaqlara kiçik yaşlardan aşılanmalıdır

“Gənclərin hüquqları bu prosesdə başlanğıc nöqtəsi kimi böyük əhəmiyyət kəsb edir. Çünki hüquqi təfəkkürün formalaşması, hüquqi normalara münasibət, həyatın müəyyən etdiyi qaydaları, mənəvi dəyərləri və hüquqi prosedurları bilmək və onlara əməl etmək uşaqlara məhz kiçik yaşlardan aşılanmalıdır”.
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində səsləndirib.
Bahar Muradovanın sözlərinə görə, “Hüquqlarınla parla” layihəsi il ərzində qarşıya qoyulan hədəflərə doğru fəal şəkildə irəliləyib: “Bu qədər dövlət qurumunu bir araya gətirmək və vahid məqsəd ətrafında birləşdirmək olduqca əhəmiyyətlidir. Yarandığınız gündən ötən müddət ərzində ölkənin regionlarında uşaqlara və onlara aid məsələlərə yönəlmiş, insan kapitalının inkişafına xidmət edən layihələrlə dövlət siyasətinin prioritetlərinə mühüm töhfə vermişdir”.
Tarix: Dünən, 16:50
