Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məleykə Abbaszadə: Ötən il Dövlət İmtahan Mərkəzi tərəfindən 323 imtahan keçirilib


2025-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 323 imtahan keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirilən tədbirdə deyib. O bildirib ki, imtahanların böyük hissəsinin elektronlaşdırılması nəzərdə tutulur: “Bu baxımdan nəzarətçi müəllimlərin elektron imtahan sistemləri ilə bağlı məlumatlı olması və nəzarəti müasir tələblərə uyğun şəkildə həyata keçirməsi vacibdir.
Zal nəzarətçilərinin sertifikasiyası ilə bağlı mütəmadi olaraq elanlar verilir. Nəzarətçi müəllimlər sertifikata malik müəllimlər arasından seçilir. Bu proses davamlı xarakter daşıyır. Zal nəzarətçilərinin hazırlanması müntəzəm şəkildə təşkil olunur”.


Tarix: Bu gün, 17:34

Xəbəri paylaş